Kanala düşən maral xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində maralın kanala düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub və maralı kanaldan xüsusi vasitələrlə çıxarıb xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Kanala düşən maral xilas edildi


Kanala düşən maral xilas edildi




Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More