Mikayıl Cabbarov Türkiyənin sənaye və texnologiyalar naziri ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısı çərçivəsində Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə nazir “X” hesabında paylaşım edib.

“Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısı çərçivəsində Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır ilə görüşmək xoş oldu. Ölkələrimizin iqtisadi birliyini gücləndirmək, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı dəstəkləmək və Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi arasında əlaqələri genişləndirmək üçün mövcud imkanlardan istifadənin vacibliyini vurğuladıq”, – deyə paylaşımda qeyd olunub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More