Millidən vaxtından əvvəl göndərilən italyan məşqçi 78 milyon avro təzminat alacaq

Səudiyyə Ərəbistanı millisi ilə yollarını ayıran Roberto Mançini böyük məbləğdə təzminat alacaq.

Oxu.Az xəbər verir ki, milli ilə 2027-ci ilədək müqaviləsi olan italiyalı baş məşqçinin komandadan ayrılmasından sonra geri qalan üç il üçün 78 milyon avro təzminat ödənəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisini 18 oyunda meydana çıxaran Roberto Maçini yeddi qələbə, beş heç-heçə və altı məğlubiyyətlə yadda qalıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More