Su Ehtiyatları Agentliyində YENİ TƏYİNAT

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yeni təyinatla bağlı əmr verib.

“Qafqazinfo” xəbər verir ki, əmrə əsasən Su Ehtiyatları Agentliyi Yanında yeni yaradılan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 10 saylı Gəncə-Daşkəsən Regional Bölməsinə yeni rəis təyin olunub.

Belə ki, əmrlə İlqar Məhərrəmov sözügedən qurumun rəisi təyin edilib.

Qeyd edək ki, İ. Məhərrəmov Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində çalışıb.

Fotoda İlqar Məhərrəmov



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More