Baku TV-nin “Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Əlicabbar Orucəliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsində sürücülərin qarşılaşdığı problem haqqında məlumat verilib.
Belə ki, adıçəkilən küçədən prospektə çıxmaq istəyən sürücülər ciddi maneə ilə üzləşirlər.
Bildirilib ki, sözügedən kəsişmədəki ağaclar səbəbindən soldan gələn avtomobilləri görmək mümkün deyil. Bu da hər iki istiqamətdən gələn sürücülərə problem yaradır.
“Kəsişmədə görüntü bucağını məhdudlaşdıran maneənin olması həm sürücülərin, həm də piyadaların həyatı üçün təhlükə yaradır. Şəhərin lazımi hissələrində yol nişanlarının çatışmazlığının olduğu vaxtda burada “Giriş qadağandır” nişanının yerləşdirilməsi sual doğurur. Çünki Ə.Orucəliyev küçəsindən gələnlər üçün məcburedici “Sağa yol” nişanı var. Buradan da belə nəticəyə gəlmək olur ki, sözügedən nişanın heç bir faydası yoxdur”, – deyə qeyd edilib.
Daha ətraflı – süjetdə:
Sürücü və piyadaların həyatı risk altında – “Giriş qadağandır” nişanı sual doğurur