“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 11-ci turunda “Barselona” ilə oyunda (0:4) səkkiz dəfə ofsayda düşərək antirekorda imza atıb.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, Mbappe 2017/2018 mövsümündən bu yana Avropanın ən yaxşı 5 liqasında bir oyunda yeddi dəfədən çox ofsayda düşən ilk futbolçu olub. Həmçinin, matçda Mbappenin vurduğu iki qol ləğv edilib.
Ümumilikdə, Mbappe bu mövsüm “Real Madrid”in heyətində 15 oyun keçirib, 8 qol vurub və iki məhsuldar ötürmə edib. O, komanda ilə birlikdə UEFA Super Kubokunu da qazanmağı bacarıb.