Rusiyada 5.6 maqnitudalı zəlzələ olub

Rusiyanın Kamçatka bölgəsində 5.6 bal gücündə zəlzələ baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsi məlumat yayıb.

Qurumun “Telegram” kanalında bildirilib ki, zəlzələnin episentri Milkovo kəndindən 164 kilometr şərqdə, Kronotski körfəzi akvatoriyasında yerləşir.

Eyni zamanda, sunami təhlükəsinin elan olunmadığı da qeyd olunub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More