Serbiyalı nazir: “Ölkəmiz heç vaxt NATO üzvü olmayacaq”

“Serbiya 1999-cu ildə Şimali Atlantika Alyansının (NATO) bombardmanlarının nəticələrini xatırlayır və heç vaxt bu təşkilata qoşulmayacaq”.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Serbiya hökumətində beynəlxalq iqtisadi əməkdaşlığa məsul nazir Nenad Popoviç deyib.

O, 25 il əvvəl Serbiya sakinlərinin NATO-nun bombardmanının qurbanı olduqlarını və Belqradın tamamilə dağıldığını xatırladıb.

“Bundan sonra da sizi əmin edirəm ki, Serbiya heç vaxt NATO-nun üzvü olmayacaq. Biz müstəqil və azad siyasət yürüdürük”, – deyə nazir vurğulayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More