Yaponiya parlamentinin əsas aşağı palatasına seçki keçirilir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, seçicilərin fəallığı 2021-ci ildəki səviyyəyə yaxındır.
Ölkənin İnzibati İşlər və Rabitə Nazirliyinin dərc etdiyi məlumatlara görə, səsvermə gününə qədər 16 milyondan çox insan (ümumi seçici sayının 15.8 faizi) erkən səsvermə hüququndan istifadə edib.
Sorğulara əsasən, hakim Liberal Demokrat Partiyası parlamentdəki çoxluğunu itirə bilər. Seçkidə birmandatlı dairələr üzrə səsvermə ilə müəyyən ediləcək 289 yer və partiya siyahıları üzrə proporsional sistemlə bölüşdürüləcək 176 yer uğrunda 1 344 namizəd mübarizə aparır.