ABŞ-də senator faciəli şəkildə öldü

ABŞ-nin Kentukki ştatının senatoru Conni Terner ölüb.

Bu barədə Oxu.Az CNN-ə istinadən xəbər verir.

Hadisə Ternerin öz mülkündə ot biçdiyi zaman baş verib. Senator otbiçən maşınla birlikdə boş hovuza düşüb və xəsarət alıb. Xəstəxanada həkimlər bir ay ərzində onun həyatı üçün mübarizə aparsalar da, 76 yaşlı senatoru xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Conni Terner Şərqi Kentukki sakinlərinin əsas gəlir mənbələri olan kömür və atçılıq sənayelərinin müdafiəçisi kimi tanınır.

Ştat Senatının Respublikaçılar Partiyasının lideri Mitç Makkonnel onu dağları və Kentukki əhalisini sevən yaxşı bir insan kimi təsvir edib. Senatorun sözlərinə görə, Terner daşqınların zərərinin qiymətləndirilməsi ilə bağlı ziyarəti zamanı ayaq biləyinə qədər palçığın içinə bataraq zərərçəkənlərə şəxsən kömək edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More