Almaniyanın xarici işlər nazirinin Çin hava limanında çaşqın anları: Heç kim qarşılamadı

Çinə səfər edən Almaniyanın xarici işlər naziri Annalena Berboku hava limanında qarşılayan olmayıb.

Bu barədə Oxu.Az Wionews.com-a istinadən xəbər verir.

Məlumata görə, nazir Çində hava limanına enərkən çaşqın vəziyyətə düşüb. İnsidentin videosu sosial şəbəkələrdə yayılaraq gündəm olub.

Görüntülərdə Annalena Berbokun təyyarədən təkbaşına enərək hərəkət etdiyi və təəccüb keçirdiyi kadrlar əks olunub. Ətrafa baxan nazir onu qarşılamaq üçün heç bir Çin rəsmisinin gəlmədiyini görüb.

Sosial şəbəkə istifadəçiləri hadisə ilə bağlı müxtəlif şərhlər yazıblar. Bəziləri məsələyə zarafatyana yanaşıb, bəziləri isə Berboku tənqid edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More