“Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir”.
Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.
Onun sözlərinə görə, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir.
“Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir”, – deyə N.Mahmudov qeyd edib.