Böyük Britaniyalı səyyah: “Azərbaycanda tarixi abidələrə həssas yanaşırlar”

“Azərbaycanda tarixinin və mədəniyyətinin mühüm tərkib hissəsi olan tarixi abidələrə çox həssas yanaşırlar”.

Bu barədə “Report”a Böyük Britaniyadan olan səyyah Dominik Hikki məlumat verib.

“Xudafərin körpüsünə baxanda başa düşürəm ki, belə qədim abidələri qoruyub saxlamaq və qiymətləndirmək nə qədər vacibdir. Eyni zamanda görürük ki, Azərbaycan irəli gedir. Qarabağ regionunda genişmiqyaslı modernləşmə işləri gedir, yeni yollar salınır, məktəblər, evlər tikilir”, – deyə o bildirib.

D.Hiki əlavə edib ki, bu yerləri araşdırmağa davam etmək üçün bura məmnuniyyətlə yenidən qayıdardı.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More