Meyiti aşkarlanan 21 yaşlı tələbənin FOTOSU

Oktyabrın 26-da Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, meyiti tapılan şəxsin 2003-cü il təvəllüdlü Şaiq Elçin oğlu Məmmədov olması müəyyən edilib.

Siyəzən şəhər sakini olan gəncin Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kurs tələbəsi olması məlum olub.

Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More