Tbilisidə parlament binası qarşısında Gürcüstan müxalifətinin oktyabrın 26-da keçirilmiş seçkinin nəticələrinə etiraz aksiyası başlayıb.
Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, izdihamda Gürcüstan, Avropa İttifaqı və Ukrayna bayraqları daşıyan insanlar var.
Qeyd edək ki, bu mitinqin təşəbbüskarlarından olan Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının 53,93 faiz səs qazandığı seçkilərin nəticələrini tanımayıb.