ABŞ Respublikaçılarının prezidentliyə namizədi Donald Tramp bildirib ki, Kamala Harris qarşıdan gələn seçkidə qalib gələrsə, aqressiv ritorikasını davam etdirməklə ölkəni III Dünya Müharibəsinə sürükləyəcək.
Oxu.Az xəbər verir ki, siyasətçinin sözlərindən “The Hill” nəşri sitat gətirib.
“Onun prezident olması milyonlarla insanın həyatını riskə atmaq deməkdir. O, bizi III Dünya Müharibəsinə sürükləyəcək, çünki o, bu işi görmək üçün çox səriştəsizdir”, – Tramp deyib.
Demokratların namizədi qalib gəlsə, xalqın oğulları və qızları heç vaxt adını eşitmədikləri bir ölkədə müharibəyə çağırılacaqlar, – Tramp bəyan edib.