“Turan Tovuz”un qələbəsinin arxasında Kurban Berdıyevin inancları dayanır?

“Turan Tovuz” klubunun təcrübəli çalışdırıcısı Kurban Berdıyev qəribə inancları ilə futbolçuları və klub rəhbərliyini şoka salıb.

Yerli mediada yayılan xəbərlərə görə, baş məşqçi futbolçulara ondan öncə avtobusa minməməsini tapşırıb. Kurban Berdıyevin inancına görə, futbolçular ondan öncə avtobusa mindikləri zaman komanda məğlub olur. Bundan başqa, Berdıyev qırmızı rəngli baş məşqçi formasını geyinməkdən də imtina edib. Buna səbəb isə qırmızı rəngin çalışdırıcıya düşərli olmamasıdır. Kurban Berdıyev bunu klub rəhbərliyinə bildirib və qırmızı rəngli forma ilə matçlara çıxdığı zaman qələbə qazanmaqda çətinlik çəkdiklərini deyib.

Oxu.Az məsələ ilə bağlı klubun Mətbuat Xidmətinə sorğu yönləndirib.

Məsələ ilə bağlı açıqlama verən klubun mətbuat katibi Süleyman Tağızadə bildirib ki, bu məsələ ilə bağlı yayılan xəbərlər əsassızdır.

“Bu kimi xəbərlər tamamilə əsassızdır. Kurban Berdıyev klub rəhbərliyinə və ya futbolçulara belə bir şey deməyib”, – deyə S.Tağızadə bildirib.

Qeyd edək ki, “Turan Tovuz” klubu Kurban Berdıyevin başçılığı altında 11 görüşdə meydana çıxıb. Bunlardan yeddisində qələbə qazanıb, üç heç-heçə edib, bir dəfə isə məğlub olub.

Anar Həsənov



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More