Türkiyə Superliqası: “Qalatasaray” – “Beşiktaş” derbisində üç qol vuruldu

Futbol üzrə Türkiyə Superliqasında onuncu tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, turun bağlanış oyunu İstanbul derbisi ilə əlamətdar olub.

Çempion “Qalatasaray” öz meydanında “Beşiktaş”ı qəbul edib.

Hesabı 13-cü dəqiqədə “cim-bom”lu Sançes açıb. 67-ci dəqiqədə Osimhen fərqi artırıb. “Ağ-qaralar” bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar – 2:1.

Qeyd edək ki, hazırda “Qalatasaray” 28 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən “Beşiktaş” isə 20 xalla 4-cü pillədə qərarlaşıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More