ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Doha danışıqlarında Qəzza zolağında 28 günlük atəşkəs və onlarla fələstinli məhbusla səkkiz israilli girovun dəyişdirilməsini nəzərdə tutan atəşkəs formatı təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Axios” portalı İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Onlar bildiriblər ki, U.Börnsün təklifinə dörd həftəlik atəşkəs və səkkiz qadın və ya 50 yaşdan yuxarı kişi məhbusun İsrail həbsxanalarında saxlanılan onlarla fələstinli ilə dəyişdirilməsi daxildir.
Nəşr qeyd edir ki, bu ssenari atəşkəs danışıqlarını son aylarda yaranan vəziyyətdən çıxara və daha əhatəli razılaşma üzrə danışıqlara keçməyə imkan verə bilər.