Agentlik sədri: “Naftalan neftinin yeni bazarlarda təşviq edilməsi əsas hədəflər sırasındadır”

“Naftalan neftinin emalından istehlakınadək dəyər zəncirinin inkişafı mexanizminin formalaşdırılması üzrə tədbirlər planlaşdırılır. Prezidentin “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2024-cü il 28 sentyabr tarixli Sərəncamı bu istiqamətdə yeni perspektivləri müəyyənləşdirir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Şuşada keçirilən “Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları” mövzusunda konfransda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O bildirib ki, Naftalan neftinin turizm məhsulu kimi daha da inkişaf etdirilməsi, resursun Avropa və yeni bazarlarda təşviq edilməsi əsas hədəflər sırasındadır:

“Qeyd etməliyəm ki, Qarabağ və Şərqi Zəngəzur üzrə də sağlamlıq turizmi potensialı zəngin olan ərazilər mövcuddur.

Bu ərazilərdə Türkiyədən olan mütəxəssislərin cəlb edilməsi ilə turizm, o cümlədən sağlamlıq turizmi resurslarının araşdırılması aparılaraq müvafiq təkliflər verilib.

Bu istiqamətdə, əlbəttə, Kəlbəcər və onun balneoloji imkanları xüsusilə seçilir.

Kəlbəcərdə turizmin inkişafına dair hazırlanmış konsepsiya sənədində təklif edilən beş turizm və rekreasiya zonasından ikisi mineral-termal bulaqlar ətrafında olmaqla sağlamlıq turizmi profilinə sahibdir”.

Sədr əlavə edib ki, Laçın da mineral-termal su resursları ilə zəngin olduğundan müvafiq sağlamlıq turizmi potensialına malikdir:

“Şuşa şəhərinin hava-rekreasiya imkanları sağlamlıq turizmi üzrə istiqamətlərin inkişafına töhfə verə bilər.

Dövlət Turizm Agentliyi tərəfindən ölkəmizin regional və beynəlxalq olaraq sağlamlıq turizmi üzrə imkanlarının tanıdılması, bu sahədə marketinq fəaliyyətinin təşkili, bir sözlə – brendin yaradılması əsas hədəflərimiz arasındadır”.

Məhərrəm Əliyev

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More