Almaniya Kuboku: “Bayer” üç qolla 1/8 finalda

Almaniya Kubokunda ikinci raundun (1/16 final) oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, son çempion Leverkuzen “Bayer”i doğma “BayArena”da ikinci Bundesliqa təmsilçisi “Elversberq”i qəbul edib.

Matç gözlənildiyi kimi meydan sahiblərinin mütləq üstünlüyü ilə keçib ki, bu da qarşılaşmanın yekun hesabında öz əksini tapıb.

“Bayer” “Elversberq”in qapısından üç cavabsız top keçirib – 3:0. Klubun çexiyalı üzvü Patrik Şik dublla yadda qalıb.

Bu qələbə sayəsində Xabi Alonsonun yetirmələri növbəti mərhələyə – 1/8 finala vəsiqə qazanıblar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More