Argentinanın Vilya-Xesel şəhərində yerli vaxtla saat 01:30-da (Bakı vaxtı ilə 08:30 – red.) 10 mərtəbəli apart-hotel uçub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TN telekanalı məlumat verib.
İlkin məlumatlara görə, dağıntılar altında azı 7 nəfər qalıb.
Xilasedicilər dərhal axtarış-xilasetmə işlərinə başlayıblar. Onlar binanın dağıntıları altında qalan bir neçə zərərçəkmişlə əlaqə yarada biliblər. Ölənlər barədə məlumat daxil olmayıb. Bununla belə, vəziyyət son dərəcə gərgin olaraq qalır.
Yerli KİV-in xəbərinə görə, çökmə zamanı hoteldə az sayda qonaq olub. Lakin qonşu tikililərə də ziyan dəyib.
Maraqlıdır ki, iki ay əvvəl Vilya-Xesel rəhbərliyi apart-hotelin sahiblərinə binanın modifikasiyası üzrə işləri dayandırmağı istəmişdi.