“Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 10 ümumi təhsil müəssisəsi – məktəb, 4 məktəbəqədər təhsil müəssisəsi – bağça fəaliyyət göstərir”.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov agentliyin birillik fəaliyyətinə dair “Hesabat Brifinqi”ndə qeyd edib.
O bildirib ki, bağçalarda 96 uşaq, məktəblərdə 1 803 nəfər şagird (məktəbəhazırlıqla birgə) olmaqla ümumilikdə 1 899 nəfər təlim-tədrisə cəlb olunub.
Aygün Mirakif