Bir yaş beş aylıq Gülçinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ruhiyyə Cahangirova məlumat verib.
O bildirib ki, övladı qaraciyər çatışmazlığından əziyyət çəkir.
“Gülçin bir yaş beş aylıqdır, o, doğulduğu gündən qaraciyər çatışmazlığından əziyyət çəkir. Onun müalicələrini vaxtlı-vaxtında etməyə çalışsaq da, bəzən buna maddi imkanımız çatmır. Bu günə qədər olan bütün müalicələri qızıllarımı sataraq, borc-xərc taparaq vaxtlı-vaxtında etmişik. İnanın, bu aydan, o biri aya keçməyə borc alırıq, yoldaşım maaşını alır, qaytarırıq”.
Gənc ana Gülçindən başqa bir övladı da olduğunu deyir.
“Bizim Gülçindən başqa bir qızımız da var. Yoldaşım aylıq 600 manata sürücü işləyir. Onun maaşı ilə həm iki uşağı dolandırmaq, həm də müalicələrini etmək, inanın ki, bizim üçün artıq mümkünsüz olub. Həkimlər müalicələrin xeyri olmasa, Gülçinə qaraciyər köçürülməli olduğunu deyiblər. Tək dəyərli əmlakımız evimiz qalıb, əgər əməliyyata ehtiyac olsa, onu da satmağa hazırıq. Hazırda Gülçinin müayinə və müalicəsi üçün 440 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 233-19-20.
Kapital Bank: 4169 7388 8073 5570.