Britaniyada “Ford”un işçiləri aşağı maaşa görə tətilə çıxacaqlar

Böyük Britaniyada “Ford” avtomobil müəssisəsinin 1000-dən çox işçisi əməkhaqqı mübahisələrinə görə tətilə çıxmağa hazırlaşır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Britaniyanın “Unite” həmkarlar ittifaqının bəyanatında deyilir.

“Ford” zavodunda 1000-dən çox inzibati işçiyə təsir edən əməkhaqqı və müqavilə dəyişiklikləri ilə bağlı uzunmüddətli münaqişə sabahdan başlayacaq tətilə çevrilib”, – deyə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, şirkət işçilərinə daimi maaş artımı təklif edə bilməyib, bunun əvəzinə 2024-cü il üçün birdəfəlik ödəniş təklif edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More