Şimali Koreya lideri Kim Çen Inın təhlükəsizliyi gücləndirilib.
Oxu.Az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu iddia ilə Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti çıxış edib.
“Bu il Şimali Koreya lideri Kim Çen Inın ictimai fəaliyyəti keçən illə müqayisədə təxminən 60 faiz artıb. Bu baxımdan Kim Çen Ina sui-qəsd cəhdi nəzərə alınaraq, təhlükəsizliyi gücləndirilib”, – deyə Cənubi Koreya kəşfiyyatının məlumatında qeyd olunub.