Rusiya Xüsusi Təyinatlı Qüvvələrinin Çeçenistanın Qudermes şəhərində yerləşən binası dron hücumuna məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, dron hücumu yerli vaxtla səhər saat 6:30-da baş tutub.
Hadisə nəticəsində Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin ərazisindəki boş binasının damı yanıb.
“Ölən və ya xəsarət alan yoxdur. Yanğın söndürülüb. Hərbi təhsil müəssisəsi fəaliyyətini dayandırmayıb, bütün xidmətlər normal rejimdə işləyir”, – Ramzan Kadırov vurğulayıb.