İki yaşlı Rüfətin dəstəyə ehtiyacı var

İki yaşlı Rüfət xeyirsevər şəxslərin dəstəyinə möhtacdır.

Bu barədə Oxu.Az-a onun anası Samirə Əlizadə məlumat verib.

O bildirib ki, övladı qaraciyər problemindən əziyyət çəkir:

“Rüfət iki yaş iki aylıqdır. Bir neçə ay əvvəl onun bədənində ləkələr əmələ gəldi. Biz bunun allergiya olduğunu düşünsək də, sonradan bunun qaraciyərlə bağlı ola biləcəyini dedilər. Bununla bağlı bir çox analizlər verib, müayinələrdən keçmişik. Rüfətin analizlərini Türkiyədə yerləşən özəl klinikalardan birinə göndərdik. Oradan bizə Rüfətdə qaraciyər sirrozunun başlanğıcı ola biləcəyini dedilər”.

Samirə Əlizadə övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

“Türkiyədəki həkimlər ora getməyimizi və orada müayinələrdən keçdikdən sonra daha dəqiq cavab verib, müalicələrə başlayacaqlarını deyiblər. İnanın, Rüfətin analizləri, müayinələri üçün əlimizdə nə var idisə, hamısını xərclədik. Hazırda oradakı müayinələr üçün 1 000 dollara ehtiyacımız var. Bu məbləğin 700 dollarını toplaya bilsək də, hələ də 300 dollar (510 manat) çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 300-14-95.

Kapital Bank: 4169 7388 7205 3958.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More