İran hərbi xərclərini 200% artırmağı planlaşdırır

İran hökuməti hicri-şəmsi təqviminə görə növbəti 1404-cü il üçün (milad təqviminə görə 20 mart 2025-ci ildə başlayır) yeni büdcə layihəsində hərbi xərcləri 200% artırmağı planlaşdırır.

Oxu.Az-ın IRIB telekanalına istinadən məlumatına görə, bu barədə İran Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Fateme Mohacerani bildirib.

“Ölkənin bütün xərclərini əhatə etməli olan büdcə layihəsində ölkənin müdafiə ehtiyaclarının ödənilməsi də nəzərə alınıb. Bu baxımdan hərbi büdcənin 200% artırıldığını müşahidə etdik”, – deyə Mohacerani mətbuat konfransında bildirib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More