İspaniya millisinin və “Mançester Siti”nin futbolçusu Rodrinin “Qızıl top” mükafatını qazanması ilə bir neçə seriya qırılıb.
Oxu.Az xəbər verir ki, son doqquz ildə ilk dəfə mükafatı yaşı 30-dək olan oyunçu qazanıb.
28 yaşlı Rodridən əvvəlki səkkiz qalibin hamısı yaşı 30-u keçmiş futbolçu olub. Sonuncu dəfə 2015-ci ildə 28 yaşlı Lionel Messi “Qızıl top”a sahib çıxıb.
Yaşı 30-dan yuxarı futbolçuların seriyasını qıran Rodri ispaniyalıların 64 illik həsrətinə də son qoyub. 1960-cı ildən sonra ilk dəfə mükafatı bu ölkədən olan oyunçu qazanıb. Həmin vaxt “Barselona”nın yarımmüdafiəçisi Luis Suares ən yaxşı olub.
Rodri İngiltərə Premyer Liqasında çıxış etdiyi vaxt “Qızıl top” qazanıb. Belə hadisə sonuncu dəfə 16 il əvvəl yaşanıb. Həmin vaxt “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu ən yaxşı seçilib.
Qeyd edək ki, Rodri “Qızıl top” uğrunda mübarizədə Vinisius Juniorla Cud Bellinqemi qabaqlayıb.