Türkiyə çempionu evinin eyvanından yıxılaraq ölüb

Türkiyəli atlet Selen Durna evinin eyvanından yıxılaraq faciəli şəkildə vəfat edib.

Oxu.Az Sporx.com-a istinadən xəbər verir ki, 32 yaşlı idmançı 6-cı mərtəbədən yerə çırpılıb.

Hüquq-mühafizə orqanları S.Durnanın intihar etdiyini düşünür. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən il “Beşiktaş” klubunda çıxış edən idmançı nizəatma üzrə Türkiyə çempionu olub. O, 2019-cu ildə Balkan çempionatının gümüş medalını qazanıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More