“Məktəbdənkənar təhsil müəssisələrinə şagirdlərin qəbulu elektronlaşdırılır”.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Agentliyin 1 illik fəaliyyətinə dair “Hesabat Brifinqi”ndə qeyd edib.
O bildirib ki, 20 pilot müəssisənin iştirak planlaşdırılır:
“Mk.edu.az elektron sistemi istifadəyə veriləcək. Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə qəbulu elektronlaşdırılır. Prosesin çevik, daha əlçatan və şəffaf olması məqsədi ilə həyata keçiriləcək elektron qəbul prosesində 20 pilot müəssisənin iştirakı planlaşdırılır. Qeydiyyat Portal.edu.az veb-səhifəsi vasitəsilə həyata keçiriləcək. Valideynlər təhsil müəssisələrinə getmədən şəxsi kabinet üzərindən qeyd olunan xidmətdən yararlana biləcəklər. Bu məqsədlə təkmilləşdirilmiş mk.edu.az bazası 145 müəssisənin istifadəsinə verilir. Qəbul üçün müraciət edən uşaqların məlumatları mk.edu.az sistemi ilə inteqrasiya olunaraq avtomatik daxil ediləcək”.
Aygün Mirakif