“WhatsApp”ın “Android” versiyasına süni intellektə əsaslanan yeni funksiya əlavə edilib. Tətbiqin tərtibatçıları bildiriblər ki, “Meta Al” texnologiyasından istifadə edən çat-bot, ən uyğun cavabları təmin etmək üçün istifadəçilərin yazışmalarının bir hissəsini yadda saxlaya bilir.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Tərtibatçıların bildirdiklərinə görə, bu funksiya hazırda inkişaf mərhələsindədir. İstifadəçilər “Yaddaş” bölməsi vasitəsilə saxlanılan məlumatları idarə edə biləcək və istədikləri zaman çat-botdan məlumatları silə biləcəklər.