A Seriyasında 10-cu turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, turnirin son qalibi “İnter” səfərdə “Empoli” ilə qarşılaşıb.
Matçın 32-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıblar.
Qonaqlar say üstünlüyündən yalnız ikinci hissədə yararlanaraq rəqibin qapısından üç cavabsız top keçiriblər – 0:3.
Frattezi oyunda dublla fərqlənib.
Bu nəticədən sonra “İnter” 21 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib. “Empoli” isə 11 xalla 11-ci yerdə qərarlaşıb. Yarışa 25 xala malik “Napoli” liderlik edir.