Ağ Ev “X” istifadəçilərinin aktivliyinin azalmasından narahatdır

Ağ Ev İlon Maskın “X” sosial şəbəkəsində istifadəçi aktivliyinin azalmasından narahatdır.

Oxu.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.

Nəşrin hesablamalarına əsasən, 2022-ci ildə Maskın “Twitter”i satın aldığı vaxtdan bəri həm Respublikaçılar, həm də Demokratlar partiyalarına məxsus siyasi xadimlərə və təşkilatlara məxsus səhifələrdə istifadəçi aktivliyi kəskin şəkildə azalıb.

Eyni zamanda qeyd olunur ki, “X”də getdikcə populyarlaşan paylaşımların müəllifləri əsasən Respublikaçılar Partiyasının tərəfdarlarıdır. Sosial şəbəkənin sahibi Mask Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Trampı dəstəkləyir, həmçinin Ağ Evin hazırkı sahibi, demokrat Co Baydenin fəaliyyətini mütəmadi olaraq tənqid edir.

“Bu dəyişikliklər Ağ Ev rəsmilərini narahat edir, onlar “X”də (ABŞ administrasiyasının) rəsmi səhifəsində aktivliyin azalmasının böhran şəraitində amerikalıların diqqətini cəlb etmək üçün maneə ola biləcəyindən ehtiyat edirlər”, – qəzet mənbəyə istinadən yazır.

Məlumata görə, “X”də Ağ Evin hər paylaşımına baxış sayı 2023-cü ilin yayındakı 200 min baxışdan 100 minə düşüb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More