Hazırda neçə nəfər sığınacaqda himayə edilir?

Havalar getdikcə soyuyur. Bəzən parklarda, yol kənarlarında yatan insanlara rast gəlirik. Bu şəxslərin arasında əksəriyyəti sərxoşlar, tüfeyli həyat sürənlər olsa da, yaşayacaq evi və yeməyi olmayanlar da var.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov “Trend”ə açıqlamasında bildirib ki, müəssisə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyasını həyata keçirir.

“Müəssisəyə qəbul olunanlara burada sosial-məişət, sosial-hüquqi, sosial-psixoloji və sosial-pedaqoji xidmətlər göstərilir.

Sığınacağa qəbul qaydalarına uyğun olaraq, şəxs müəssisəyə qəbul edilməmişdən əvvəl onun sağlamlıq vəziyyətinin ilkin tibbi müayinəsi aparılır, müvafiq səhiyyə müəssisəsi tərəfindən yoxlanılır. Həmçinin, vətəndaşın yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış təqdim olunur”.

M.Həşimov bildirib ki, müəssisənin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası və müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiyası şöbələrində bu ilin yanvar-oktyabr ayları ərzində 113 nəfərə xidmət göstərilib.

“Onlardan 60 nəfəri müəssisəyə bu il qəbul edilib. Hazırda 55 şəxs burada dövlət qayğısı ilə əhatə olunur”, – deyə o qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More