Azərbaycan taekvondo millisinin baş məşqçisi istefaya göndərildi

Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi edilib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Cənubi koreyalı çalışdırıcı Sun Mi Parkla yollar ayrılıb.

Artıq 52 yaşlı mütəxəssisin yerinə yeni təyinat da olub. Yığmanın sükanı arxasına Azərbaycanın veteran taekvondoçusu Fəridə Əzizova keçib.

Qeyd edək ki, F.Əzizova İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya və Avropa çempionatlarının bürünc, I Avropa Oyunlarının gümüş mükafatçısıdır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More