Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində kadr dəyişikliyi olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus “Albalılıq avtoparkı” MMC-nin direktoru İlqar İbrahimov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, şirkətə rəhbərlik Əyyub Kərimliyə həvalə olunub.

Xatırladaq ki, “Albalılıq avtoparkı” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 17,2 min manatdır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More