Azərbaycanın dördqat dünya çempionu: “Nəticə qazanmaq üçün bizə gözəl şərait yaradılıb”

“Bu, yalnız mənim deyil, bütün komandanın qələbəsidir. Bu, tarixlə dolu bir yarış oldu”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) deyib.

Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya növləri üzrə dünya çempionatında qalib olan Əzizli Hava Limanında qarşılama zamanı qələbəsini şərh edib. Dördqat dünya çempionu bildirib ki, bundan sonra da dayanmaq istəmir:

“Bundan sonrakı hədəfim 5-ci dünya çempionluğudur. Bütün məşqçilərimə minnətdarlığımı bildirirəm. Biz, aysberqin görünən tərəfiyik. İşin görünməyən tərəfində duran həm bizim şəxsi məşqçilərimiz, həm klub, həm də yığma komandanın məşqçiləri var”.

Qeyd edək ki, mundialda 3 qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub.

Anar Həsənov



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More