Bakı həbsxanasında daha bir ÖLÜM – 31.10.2024

Azərbaycanda məhkum həbsdə ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Burada cəza çəkən 69 yaşlı Kamil Cahangir oğlu İsayev dünyasını dəyişib.

Onun xəstəlik üzündən öldüyü bildirilib.

Xatırladaq ki, Kamil İsayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunaraq, azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 38-ci ölüm hadisəsidir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More