Bu ilin 9 ayı ərzində təbii və texnogen mənşəli hadisələr nəticəsində neçə nəfər ölüb?

2024-cü ilin 9 ayı ərzində respublika ərazisində 12 183 təbii və texnogen mənşəli hadisə qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu da 2023-cü ilin 9 ayı ilə müqayisədə 242 hadisə və ya 2% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər həlak olub, 252 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 108 nəfər xilas edilib, 914 nəfər təxliyə olunub.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More