“COP29 konfransının keçirildiyi ərazidə 4 mətbəx fəaliyyət göstərir”.
“Report” xəbər verir ki, bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə onlardan üçü “Mavi zonada”, biri isə “Yaşıl zona”dadır:
“Stadion ərazisində 56 yeni kafe və restoran qurulub. 30-dan çoxunda kofeşop və qida satışı nöqtələri, həmçinin 2 böyük restoran fəaliyyət göstərir. Birində milli, digərində dünya mətbəxi olacaq”.
O vurğulayıb ki, kafe və restoranlar zonalar üzrə paylanılıb:
“Onlar bir saat ərzində 6 mindən çox qonağa xidmət etmək iqtidarındadırlar. Artıq müxtəlif ölkə pavilyonları portal satışı üzərindən sifarişlərə başlayıb”.
A.Zeynalov vurğulayıb ki, COP29 portal və satış nöqtələrində, restoran və kafelərdə qida ödənişli olacaq:
“COP29 Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər pulsuz xidmətdən yaralanacaqlar. Menyular QR-kod vasitəsilə qonaqlara təqdim olunacaq”.
Şirkət rəsmisi həmçinin deyib ki, COP29 tədbiri müddətində əsasən yerli məhsullara üstünlük veriləcək.