Son günlər bir çox İran vətəndaşı Təhlükəsizlik və Kəşfiyyat Nazirliyindən (ETTELAAT) şübhəli şəxslərə və ətrafdakı qeyri-qanuni fəaliyyətlərə qarşı diqqətli olmalarını xahiş edən mesajlar alıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Məlumata görə, vətəndaşlara xəbərdarlıq edilib ki, xaricdə işləmək təklifindən tutmuş naməlum şəxslərin hərəkətlərinə qədər istənilən hüquq pozuntusu “milli təhlükəsizliyə təhdid” sayıla bilər.
Bildirilir ki, ETTELAAT təhlükəsizlik tədbirləri bəhanəsi ilə insanları sıxışdırmağa və nəzarət altına almağa çalışır. Eyni zamanda vurğulanıb ki, İranın əsl təhlükəsizlik problemləri sadə insanlardan deyil, hakimiyyət daxilində olan məmurların özlərindən qaynaqlanır. Mesajların vətəndaşların narahatlığına səbəb olduğu qeyd edilib.