Livan hökuməti yaxın günlərdə atəşkəsə ümid edir

“Livan hökuməti İsrailin təcavüzünü dayandırmaq və mülki insanları qorumaq üçün hər şeyi edir”.

Oxu.Az xəbər verir ki, bunu Livanın Baş naziri Nəcib Mikati “Al Jadeed” telekanalına verdiyi müsahibəsində deyib.

O, vasitəçilik səyləri sayəsində vəziyyətin tezliklə yaxşılığa doğru dəyişə biləcəyini bildirib.

“Ümid edirik ki, yaxın saatlarda və ya günlərdə atəşkəs haqqında razılığa gələ biləcəyik” ,- baş nazir vurğulayıb.

O, hazırda İsrailə gedən ABŞ prezidentinin köməkçisinin müavini, Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Eymos Hokstin ilə telefon danışığı apardığını qeyd edib.

“Hokstin mənə noyabrın 5-dən əvvəl müsbət nəticə əldə etməyin mümkün olduğuna inandığını söylədi” ,- Mikati əlavə edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More