Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk qış transfer pəncərəsində Viktor Nelsson və Hakim Ziyeşin komandadan göndərilməsini tələb edib.
Oxu.Az Sporx.com-a istinadən xəbər verir ki, Okan Buruk hər iki futbolçunun əvəzinə yeni oyunçuların transfer olunmasını istəyib.
Qeyd edək ki, “Qalatasaray” rəhbərliyi Viktor Nelsson və Hakim Ziyeşdən əlavə Yusuf Demiri də komandadan göndərmək niyyətindədir.