“Qarabağ”ın UEFA Avropa Liqasındakı iki matçı hansı kanalda yayımlanacaq?

“Qarabağ”ın UEFA Avropa Liqasındakı iki səfər matçının İctimai Televiziyada (İTV) yayımlanmasına aydınlıq gəlib.

Bu barədə “Report”a “CBC Sport”un xəbərlər xidməti və sosial media direktoru Şəmsəddin Abbasov açıqlama verib.

O, UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ölkə ərazisində eksklüziv yayım hüququnun “CBC Sport”a məxsus olduğunu xatırladıb:

“Amma oyunların sayının artması, kontentin tam şəkildə futbolsevərlərə çatdırılması baxımından bizə yaxın və dost olan İctimai Televiziya ilə göstərmədiyimiz matçların yayım hüququnu paylaşırıq. Bu anlaşma çərçivəsində “Qarabağ”ın iki səfər qarşılaşması İTV-də təqdim ediləcək. Ancaq onun təşkili, danışıqların aparılması, siqnalın alınması tam şəkildə “CBC Sport”un nəzarətində olan məsələdir. Çünki rəsmi yayımçı bizik”.

Qeyd edək ki, “Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsində noyabrın 7-də Norveçdə “Bodo-Qlimt”lə, yanvarın 31-də isə Yunanıstanda “Olimpiakos”la keçiriləcək matçlarını İTV canlı yayımlayacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More