Qızıl medal qazanan güləşçi: “Məşqçilərimin, rəhbərliyin və xalqımın mənə olan inamını doğrultdum”

“Dünya çempionatı mənim üçün çox çətin keçdi”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə (72 kq) Hava Limanında qarşılama zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qalib gələn Qənizadə çempionluğa gedən yoldan və gələcək hədəflərindən danışıb:

“Mundiala az qalmış xəstələnmişdim. Günlərlə qızdırmam oldu və dünya çempionu olacağıma ümidim yox idi. Amma şükürlər olsun ki, bunu bacardım. Məşqçilərimin və Azərbaycan Güləş Federasiyasının rəhbərliyinin mənə olan inamını doğrultdum. İnşallah, gələcək yarışlarda da bu nəticəni təkrarlayacağıma inanıram. Hazırda həm Avropa, həm də dünya çempionuyam. Gələcəkdə də bu sevinci ikinci və üçüncü dəfə yaşamağa çalışacağam”.

Qeyd edək ki, Ülvü Qənizadə dünya çempionatının finalında fransalı İbrahim Qanemi 3:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

Anar Həsənov



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More