Şəhid olacağını hiss edən hərbi həkimin qəhrəmanlığı – “Adilin ürəyi Qarabağla döyünürdü”

Baku TV Vətən müharibəsi şəhidi Adil Əfəndiyev haqqında reportaj hazırlayıb.

Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, hərbi həkim Adil Əfəndiyev 2020-ci il oktyabrın 22-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhidin atası Qədir Əfəndiyev onun qəhrəmanlıq hekayəsindən danışarkən qeyd edib ki, Adilin ürəyi həmişə Qarabağla döyünüb:

“İnanırdı ki, biz nə vaxtsa öz torpaqlarımıza qayıdacağıq. Adilin şəhid olduğu yerə gedəndə gözümün qabağına oğlum gəldi. Sanki mənə dedi ki, narahat olma, ata, mənim yerim cənnətdir. Bu, mənə təsəlli oldu”.

Şəhidin anası Afət Əhmədova isə oğlunun şəhid olacağını əvvəlcədən hiss etdiyini deyib:

“Şəhid olandan sonra bacısı Adilin telefonundakı mesajı görüb ağladı. Dedi ki, Adil 2019-cu ildə bir dostu ilə mesajlaşanda yazıb ki, şəhid olacağımı hiss edirəm”.

Şəhid olacağını hiss edən hərbi həkimin qəhrəmanlığı – “Adilin ürəyi Qarabağla döyünürdü”


Şəhid olacağını hiss edən hərbi həkimin qəhrəmanlığı – “Adilin ürəyi Qarabağla döyünürdü”




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More