Yük maşını piyadanı vuraraq öldürdü

Astarada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Pensər kəndi ərazisində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi DAF markalı yük avtomobili ilə hərəkətdə olarkən rayon sakini 1980-ci il təvəllüdlü Nazim Zahir oğlu Baxşiyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More