Ağdam rayonunun Yusifcanlı kəndində naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cahangir Səfəralı oğlu Səfərovla Ağdam rayonu Quzanlı qəsəbəsində vida mərasimi keçirilib.
“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Quzanlı qəsəbə Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, bu rayonların hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Cahangir Səfəralı oğlu Səfərov 1942-ci il iyunun 1-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. O, 1993-cü il iyunun 12-də həmin kənddə itkin düşüb.